Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Astara rayonunda olublar


Digərləri 27 Noy 2018 18:06:00 213 0

Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Astara rayonunda olublar

Aparıcı: Xarici İşlər Nazirliyi tərəfindən bu gün ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara rayonuna səfəri həyata keçirilib.Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edib. Səfər çərçivəsində Xarici qonaqlar Astara şəhərində yenicə faliyyətə başlamış Dənənizkənarı bulvarda gəzərək, Burada son illər aparılmış abadlıq quruculuq işləri ilə yaxından tanış olublar. Məlumaty verilib ki, park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahil boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır.Daha sonra qonaqlar Astara Çay MMC ilə tanış olaaraq burada istehsal prosesi ilə yaxından tanış olublar.. Səfər əsnasında regionun qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında prezentasiyalar numayiş olunub.

Bakı. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən bu gün ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara rayonuna səfəri həyata keçirilib. Trend-in məlumatına görə, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edib. Səfər çərçivəsində xarici qonaqlar Astara şəhərində yenicə fəaliyyətə başlamış Dənizkənarı Parkda gəzərək, burada son illər aparılmış abadlıq-quruculuq işləri ilə yaxından tanış olublar. Məlumat verilib ki, park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi isə 2 hektardır. Daha sonra qonaqlar "Astara Çay" MMC-də istehsal prosesi ilə yaxından tanış olublar. Səfər əsnasında regionun qida və kənd təsərrüfatı məhsullarının ixrac potensialı haqqında təqdimatlar olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin