100 minlərlə insanın pensiya problemi həll ediləcək


Digərləri 27 Noy 2018 17:44:00 236 0

100 minlərlə insanın pensiya problemi həll ediləcək

"Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə vacib məsələni əhatə edir".

Son.az modern.az-a istinadən xəbər verir ki, bunu Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər başlıca yer tutur.

"Məlum olduğu kimi qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır. Və ödənişlər fərdi pensiya hesabında əks olunmur.