Deputatlar dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisə təhvil verəcəklər


Digərləri 27 Noy 2018 17:36:00 255 0

Deputatlar dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisə təhvil verəcəklər

Bu gün "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, birinci və ikinci oxunuşdan sonra qanunun bir sıra maddələrində ciddi dəyişikliklər edilib.

Bildirilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.