“PSG-dən qorxmuruq”- Liverpool-un müdafiəçisi


İdman 27 Noy 2018 17:33:00 263 0

“PSG-dən qorxmuruq”- Liverpool-un müdafiəçisi

Liverpool-un müdafiəçisi Vircil van Deyk Çempionlar Liqasında PSG ilə oyundan gözləntilərini dilə gətirib.

Goal.az xəbər verir ki, matça tam hazır olduqlarını deyib.

“PSG-dən qorxmuruq. Paris klubuna hörmətimiz var. Ancaq bu oyunda qalib gəlmək istəyirik. Yaxşı motivasiya olunmuşuq. Elə ilk dəqiqədən matça nəzarət edəcəyimizi düşünürəm. Paris klubu güclüdür. Amma unutmayın ki, Liverpool qitənin ən samballı komandasıdır. Ötən il Çempionlar Liqasının finalında oynadıq. Analoji nəticəni bu il təkrarlamaq istəyirik. Məqsədimiz budur. PSG-yə qalib gəlsək, irəliyə doğru daha bir addım ata bilərik. Liverpool kimi klubda oynayan futbolçu həmişə müəyyən təzyiqlə üzləşir. Hər adama burada forma geymək nəsib olmur. Mən rahatam. Futboldan həzz alıram”,- müdafiəçi deyib.