“Bizdən 55 qəpiyə alıb marketdə 3,5 manata satırlar”


Digərləri 27 Noy 2018 17:24:00 222 0

“Bizdən 55 qəpiyə alıb marketdə 3,5 manata satırlar”

"Bir kivi ömrü bir ay uzadır"

Bu sözlər elə-belə deməyib. Bu möcüzəli giləmeyvə tam bir vitamin bombası adlandırılır. Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, həm də çəkisindən narazı olanlar üçün də xəzinədir.

Kivinin ölkəmizdə yetişdirilmə tarixi elə də qədim deyil. Necə deyərlər, cavanlığın dərmanı olan bu meyvə elə özü də cavandır.

Son.az xəbər verir ki, kivi bağları ilə yaxından tanış olmaq üçün qafqazinfo Rəftarə Şükürovanın Lənkəranın İstisu qəsəbəsində yerləşən bağında olub. Maraqlısı budur ki, ora ilk dəfə getməyimizə rəğmən sakinlər yolu elə izah edir ki, ünvanı bura illərdir gəlib-gedən biri kimi tapırıq. Düzü, buna fermerin özü də təəccüblənir:

"Mən də sizin zənginizi gözləyirəm ki, qarşınıza çıxam. Ancaq Toplan bərk hürəndə bildik ki, qonaqlarımız var".

Rəftarə xanım 6 ildir ki, kivi təsərrüfatı ilə məşğuldur. Onun 13 hektarlıq torpağının 6 hektarında feyxoa, 3,5 hektarında isə kivi bağları salınıb:

"Kivi ağacının yaşı artdıqca məhsuldarlığı da artır. Məsələn, 10 yaşında kivi bağının hər hektarından hardasa 40-50 tona qədər məhsul götürmək olur. Bizim ağaclarımız hələ ki, cavandır. 

Dilimiz öyrəşib, bayaqdan kivi ağacı deyirik amma o, lianadır, sarmaşıb dolaşaraq böyüyür". 

Rəftarə xanım bu il kivi bağından bir qədər inciyib. Bunun səbəbi də əziyyətinin bəhrəsini istədiyi kimi görə bilməməsidir:

"Builki il sitrus ili olmadı. Yay çox isti keçdi. Baxmayaraq ki, biz sprinq sistemində suvarma xətləri çəkmişik, damcı suvarmamız da var. Ancaq yenə də su çatdıra bilmədik. Odur ki, builki məhsul qaneedici deyil. Kivinin yarpaqları çox böyük olduğundan subuxarlandırması da çox olur. Yayda kivinin dibi mütləq nəm qalmalıdır. Bir gün susuz qalsa, bütün yarpaqlar büzülür, küsür. Qışda isə tam əksinə".

Məlumat alırıq ki, kivi ağacı normalda 80-100 kiloqram məhsul verir. Nə qədər məhsuldar ağacdırsa, bir o qədər də nazlıdır. Elə bu bağı salmaq da əsaslı vəsait tələb edir. Çünki lianalar üçün tel-dirək sistemi hazırlanmalıdır:

"Bağımız cavan olduğuna görə, hələ tam istədiyimizi ala bilməmişik. Yaxşı, bol məhsullu kivi bağı olan bir iranlı dostumdan onu yetişdirməyin incəliklərini soruşmuşdum. Mənə cavabı bu olmuşdu ki, kivi özü hər şeyi öyrədir. Həqiqətən belədir. Mən də yavaş-yavaş öyrənirəm. İtaliyada, Türkiyədə, Gürcüstünda kivi bağlarında olmuşam. Elə öz ölkəmizdə də harada kivi bağı görsəm, tez maraqlanıram ki, görüm nə öyrənə bilirəm. 

Təəssüf ki, bu dəqiqə bu kivi sahəsini yaxşı bilən ixtisaslı aqronom tapa bilmirik. Problemimiz olduqda məsləhət ala biləcəyimiz bir insan yoxdur. Rayonda çəltik əkimi çox olduğu üçün yayda su ilə bağlı sıxıntılarımız olur". 

Bağda gəzən zaman gözümüzə meyvəsiz ağaclar da sataşır. Sən demə, onlar erkək kivilər imiş: