Elzadan Rasim Balayevə cavab: "Mən kitabımı Rasim müəllimə tövsiyyə edərəm.."


Şou-biznes 27 Noy 2018 16:54:00 293 0

Elzadan Rasim Balayevə cavab: "Mən kitabımı Rasim müəllimə tövsiyyə edərəm.."

CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayev əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid edib.

Son.az xəbər verir ki, müğənni Elza Seyidcahan Rasim Balayevə cavab olaraq, unikal.org-a bildirib ki, Rasim Balayevin onun haqqında fikir söyləməsini xoşbəxtlik hesab edir:

"Mən xoşbəxtəm ki, mənim haqqımda Rasim Balayev fikir söyləyir. 1996-1998-ci illərdə Rasim Balayevə milyonda versən mənim "Qəlbin üsyanı" layihəmdə Ramiz Rövşənin və Vaqif Səmədoğlunun sözlərinə olan şeirini söyləməzdi. Mənim sənətimə, istedadıma hörmət olmasaydı gəlib o şeiri orada söyləməzdi. Rasim Balayev elə şəxsiyyətdir ki, onun hislərini pulla almaq olmaz. Rasim müəllim ola bilər mənim olduğu deyilən anonim şeirləri nəzərdə tutur. Ya da ola bilər hansısa verilişdə parça-parça şeir deməyimi eşidib. Ona aydın olmur o fikir. "Mən dəlinin rəssamı" adlı kitabımı Rasim müəllimə tövsiyyə edərəm ya da ona hədiyyə etmək mənim borcumdur. Onun tənqidi də mənim üçün tərifdir. Çünki onlar bizim böyüklərimizdir, biz onları qorumalıyıq".