Futbol matçında azərbaycanlılar təhqir olundu


Digərləri 27 Noy 2018 16:42:00 252 0

Futbol matçında azərbaycanlılar təhqir olundu

Cənubi Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri iki gün əvvəl baş tutmuş "Persepolis" - "Traktor Sazi" qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, qanuna görə, ölkənin Baş Prokurorluğunun "Persepolis"ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib: 

"Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. "Persepolis" tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması "Traktor Sazi" komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayd qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib, "Traktor Sazi"nin vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə "Traktor Sazi" yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən "Persepolis"ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdır".