“Yerli müğənnilərdən heç kimə qulaq asmıram”


Şou-biznes 27 Noy 2018 16:34:00 240 0

“Yerli müğənnilərdən heç kimə qulaq asmıram”

"Sağlamlığımın xətrinə yerli müğənnilərdən heç kimə qulaq asmıram. Həkim qadağan edib. Futbola, ağıllı proqramlara baxıram. Daha sonra Rusiyanın köhnə filmlərini izləyirəm, nəsə götürürəm". 

Milli.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev CVN kanalına qonaq olarkən deyib. O, verilişdə əməkdar artist Elza Seyidcahanı da tənqid edib:

"Elza Seyidcahan şeir oxuyur. Ona deyən yoxdu ki, işinlə məşğul ol, sən şair deyilsən. Bu şeirlər efirlik deyil. Onda mən çıxıb ağzıma gələni danışım? İbrətamiz nəsə varsa, buyursun. Zövqlər korlanıb".