Polşa, Ukrayna və azərbaycanlı opera ulduzları "Karmen" operasının tamaşasında


Kriminal 27 Noy 2018 16:38:00 247 0

Polşa, Ukrayna və azərbaycanlı opera ulduzları "Karmen" operasının tamaşasında

Dekabrın 15-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət etmişdir. İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə - Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün  təsis edilmiş prizə layiq görülmüşdür.

Dekabrın 15-də keçiriləcək tamaşada həmçinin  Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da (Xoze) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov (Suniqo) və Gülnaz İsmayılova (Fraskita) , Əməkdar artistlər İnarə Babayeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio),  Tural Ağasıyev (Dankayro),  Əliəhməd İbrahimov (Romendado)  və solist  Nina Makarova  (Mersedes) da çıxış edəcəklər.