“Argentinada futbol zorakılığı adət halını alıb”- FİFA-nın və CONMEBOL-un şura üzvü


İdman 27 Noy 2018 15:50:00 267 0

“Argentinada futbol zorakılığı adət halını alıb”- FİFA-nın və CONMEBOL-un şura üzvü

FİFA-nın və CONMEBOL-un şura üzvü Fernandq Sarney Libertadores Kubokunun finalında cavab matçının iki dəfə təxirə salınmasına münasibət bildirib.

Goal.az xəbər verir ki, həlledici mərhələdə Argentinanın River PlateBoca Juniors klubları yarışır. Finalın ilk oyunu noyabrın 11-də keçirilib və heç-heçə ilə başa çatıb-2:2. Cavab görüşü River Plate fanatlarının rəqibin avtobusuna hücum etməsi səbəbindən iki dəfə təxirə salınıb. Sarney deyib: “Baş verənlər futbol üçün biabırçılıqdır. Buenos-Ayresdə idim. Hadisəni gözümlə gördüm. Argentinalı azarkeşlərə nəzarət etmək mümkün deyildi. Bu olkədə futbol zorakılığı adət halını alıb. Cavab matçını elə həmin gün keçirmək istəyirdik. Lakin xeyli futbolçunun xəsarət aldığını biləndə oyunu saxladıq. Final mütləq olmalıdır. River Plate cəza alsa da matç keçirilməlidir. Başqa yolu yoxdur. Təxirə salınan görüşün yeri və vaxtını müzakirələrdən sonra təyin edəcəyik”.

Qeyd edək ki, Libertadores Kuboku Cənubi Amerikanın Çempionlar Liqası sayılır.