Bakıda yarım kilometrlik telefon kabeli oğurlandı


Digərləri 27 Noy 2018 14:58:00 271 0

Bakıda yarım kilometrlik telefon kabeli oğurlandı

Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

Son.az xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 m kabeli oğurladığı müəyyən olunub.


Xəbərə aid fotolar