Biləsuvarda 2 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 27 Noy 2018 14:56:28 263 0

Biləsuvarda 2 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Bakı. Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.