Müvəqqəti işlər vəkili: İspaniya Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir


Digərləri 27 Noy 2018 14:40:00 281 0

Müvəqqəti işlər vəkili: İspaniya Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir

İspaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir

Bakı. Ləman Zeynalova - İspaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bunu Trend-ə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib. O bildirib ki, İspaniya münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Diplomat qeyd edib ki, Madrid prinsipləri İspaniyanın bu məsələdə mövqeyini əks etdirir – münaqişənin güc tətbiq olunmadan sülh yolu ilə nizamlanması, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət və məcburi köçkünlərin öz torpaqlarına qayıtması hüququ. Azərbaycan və İspaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə danışan İ.Sançes Taboada deyib ki, ölkələr təkcə ikitərəfli yox, həm də çoxtərəfli formatlarda möhkəm əlaqələrə malikdir.