Əlil erməni hərbçi şikayət etdi - təqaüd ala bilmir


Digərləri 27 Noy 2018 14:47:29 218 0

Əlil erməni hərbçi şikayət etdi - təqaüd ala bilmir

A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa vasitələrə əl atacağını da bildirib.

Bakı. Samir Əli - İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət göndərib. Trend-in məlumatına görə, hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı xəsarət nəticəsində əlil olub. Lakin o bu günə qədər məsul şəxslərin laqeydliyi səbəbindən təqaüd ala bilmir.