“Alibaba” şirkətinin rəhbəri kommunist oldu


Dünya 27 Noy 2018 14:40:00 319 0

“Alibaba” şirkətinin rəhbəri kommunist oldu

Çinin və dünyanın onlayn ticarət sahəsində ən iri şirkətlərindən biri olan "Alibaba"nın banisi və rəhbəri Cek Ma Çin Kommunist Partiyasının sıralarına keçib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Çin mətbuatının yaydığı məlumatda göstərilir: "İslahatlar və açıqlıq siyasətinin 40-cı ildönümündə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi bu siyasətin yeridilməsinə xüsusi töhfələr verən bir qrup insana hörmət izhar etmək qərarına gəlib. Əlaqələndirmə Şurası tərəfindən partiya sıralarına daxil olmaq üçün seçilən 100 nəfərin namizədliyi tövsiyə olunur".