QİÇSlə Mübarizə Mərkəzinin şöbə müdiri: “Azərbaycana gələn miqrantlar tibbi nəzarətdən kənarda qalır” FOTO


Digərləri 27 Noy 2018 14:26:00 330 0

QİÇSlə Mübarizə Mərkəzinin şöbə müdiri: “Azərbaycana gələn miqrantlar tibbi nəzarətdən kənarda qalır”  FOTO

Azərbaycana gələn miqrantlar tibbi nəzarətdən kənarda qalır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Tbilisidə miqrasiya və sağlamlıq mövzusunda keçirilən regional konfransda QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli bildirib.

O deyib ki, miqrantlar yalnız sağlamlıq durumu ilə bağlı şikayəti olanda həkimə gecikmiş formada müraciət edirlər: "Digər tərəfdən ölkədən deportasiya olunmuş şəxslər yalnız öz istəkləri əsasında həkimə müraciət edirlər. Bu da onları ətrafdakı insanlar, xüsusən də ailə üzvləri üçün təhlükəli edir".

A.Nəzərli qeyd edib ki, ildən-ilə Azərbaycana gələn miqrantların sayı durmadan artır: "Miqrasiya haqqında qanunvericilik beynəlxalq təcrübəyə əsaslansa da, bir sıra ölkələrdə olduğu kimi mükəmməl deyil və mövcud boşluqlar maneələrdən yan ötərək ölkəyə daxil olmağa imkan verir. Digər tərəfdən miqrantları izləmək çətindir. Belə ki, onlar deportasiya olunmaqdan qorxurlar və ilkin mərhələdə miqrantda olan xəstələyi müəyyən etmək çox çətin olur".

Şöbə müdiri bildirib ki, Azərbaycanda miqrantlara onların ölkə vətəndaşı olmamasına baxmayaraq, qısa müddət ərzində HIV-lə bağlı müalicə təyin olunur: "Əgər həmin şəxs ailəsi ilə yaşayırsa, cinsi tərəfdaşına da müalicə təyin olunur. Penitensiar xidmətdə olan miqrantlar da həmçinin dövlət hesabına müalicəyə cəlb olunurlar".


Xəbərə aid fotolar