Yeni direktor lift pulunun artırılmasını təklif etdi


Digərləri 27 Noy 2018 14:13:00 251 0

Yeni direktor lift pulunun artırılmasını təklif etdi

Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyininə yeni təyin olunmuş yeni baş direktor Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər: "Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil".