Hacıqabulda məktəbin kompüterlərini oğurladılar


Digərləri 27 Noy 2018 14:17:00 265 0

Hacıqabulda məktəbin kompüterlərini oğurladılar

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Son.az-a verilən məlumata görə, rayonun Navahı kənd tam orta məktəbindən naməlum şəraitdə hər birinin qiyməti 592 manat olan 2 ədəd noutbukun oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Zaur Əsgərov və Vüqar İbrahimov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları noutbuklar  onlardan maddi sübut kimi götürülüb.