Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb


Digərləri 27 Noy 2018 14:15:00 239 0

Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb

Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb

Bakı. Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Navahı kənd tam orta məktəbindən naməlum şəraitdə 2 ədəd hər birinin qiyməti 592 manat olan noutbukun oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Zaur Əsgərov və Vüqar İbrahimov saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.