NyuYorkda kofeşop açan bakılı:


Digərləri 27 Noy 2018 14:08:00 269 0

NyuYorkda kofeşop açan bakılı:

Son.az oxu.az-a istinadən Nyu-Yorkda kofeşop açan bakılı gənc - Kirill Lıkovla müsahibəni təqdim edir:

- Sizi tanımayanlar üçün özünüzü təqdim edin, zəhmət olmasa.

- Adım Kirilldir, 32 yaşım var. Hazırda Nyu-Yorkda yaşayıram. Vizanı aldıqdan bir ay əvvələ qədər evimdən bu qədər uzaq düşəcəyim ağlıma gəlməzdi. Amma həyatımda dəyişiklik istəyirdim. Birdən nəyisə dəyişmək kimi spontan qərar verdim.

- ABŞ-da nə ilə məşğul olurdunuz və kofeşop açmaq ağlınıza necə gəldi?

- Ştata beş il yarım əvvəl gəlmişdim. Asan deyildi, cibimdə cəmi 500 dollar və ingilis dili yoxsulluğu var idi. İstənilən işdən yapışmaq lazım gəlirdi. Ofisiant köməkçisi, qabyuyan kimi çalışdım. Bacarıqlarımı itirməmək üçün paralel olaraq kofeşoplarda iş axtardım.

Beləcə, bir neçə il "bazar günü"süz, istirahətsiz işlədim. Kofeşop açmaq arzusu hələ Bakıda ikən yaranmışdı. Ştata gələndə qarşıma beş il ərzində arzumu reallaşdırmaq məqsədi qoydum. Dörd il sonra dostum (biznes ortağım) Pərvizlə "Velvette Brew #1"-i açdıq.

- Kofeşopu açarkən hansı çətinliklərlə üzləşdiniz?

- Ən çətini, adətən, "düzgün məkan" tapmaq olur, yəni yerləşmə yeri və qiymətinə görə. Xoşbəxtlikdən, bizdə bu çətinlik olmadı. İki həftə sonra yaxşı yer kəşf etdik. Bizim üçün ən çətini təmir prosesi və biznes üçün lazımi sənədləri toplamaq oldu, dostlarımızın köməyi ilə öhdəsindən gəldik. Yenə də paralel və istirahətsiz işləmək lazım gəldi. Bacaracağımıza heç bir şübhəmiz yox idi.

- Öhdəliklərinizi digər məsul şəxslə necə bölürsünüz?


Xəbərə aid fotolar