Məşhur azərbaycanlı müğənnilər verilişə çıxmaqdan


Digərləri 27 Noy 2018 13:51:25 267 0

Məşhur azərbaycanlı müğənnilər verilişə çıxmaqdan

Bir çox məşhur xalq artistləri və əməkdar artistlər verilişlərdən gələn təkliflərdən imtina edirlər.

Son.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva "Şou ATV" proqramında məlumat verib.

Xanım aparıcı verilişinə dəvət üçün əlaqə saxladığı bir çox məşhur müğənnilərimizdən "yox" cavabı eşitdiyi zaman təəccübləndiyini də gizlətməyib. O, həmin məşhurlar arasında əməkdar artistlər Xumar Qədimova, Könül Kərimova, Ədalət Şükürov, kamança ustadı Habil Əliyevin müğənni oğlu Rəvan Habiloğlu, xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və başqalarının adını çəkib.

Aparıcı bu siyahının daha böyük olduğunu bildirib.

Nanə hətta bu yaxınlarda efirində qonaq olan Natiq Şirinovu verilişinə dəvət etdiyi zaman xalq artistinin tərəddüd içində "Mən gəlib sənətimi göstərə biləcəmsə, gəlim" cavabını verdiyini xatırladıb: