İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb FOTO


Digərləri 27 Noy 2018 13:59:00 296 0

İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb  FOTO

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Təlimlərdə məktəblilərə oxunun əsas komponentləri ilə iş, şagirdlərin oxuya həvəsləndirilməsi yolları, oxuyub-anlama bacarıqlarının inkişafında idrak taksonomiyasının rolu, oxu dərslərinin mərhələli şəkildə təşkili, köməkçi oxu metodlarından istifadə, səmərəli oxu strategiyalarının tətbiqi və digər mövzulara toxunulur.


Xəbərə aid fotolar