Məşhur futbolçu MLS klubundan ayrıldı


İdman 27 Noy 2018 13:49:00 268 0

Məşhur futbolçu MLS klubundan ayrıldı

İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koul ABŞ-ın Los-Angeles Galaxy klubunu tərk edib.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə müqavilə uzadılmayıb. Los-Anceles təmsilçisi daha 7 futbolçu ilə də yollarını ayırıb.

Qeyd edək ki, Eşli Koul İngiltərə Arsenal-ının yetirməsidir. O, London komandasının formasını 1998 - 2006-cı illərdə geyinib. Sonradan Koul Chelsea və İtaliya Roma-sında da çıxış edib. Təcrübəli müdafiəçi 2016-cı ildə Avropadan ayrılaraq, karyerasını MLS-də davam etdirməyə qərar verib.