Samir Şərifov: "Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq"


Digərləri 27 Noy 2018 13:29:00 227 0

Samir Şərifov: "Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq"

Dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək. Onun sözlərinə görə, xərclərin ÜDM-də xüsusi çəkisi 2019-ci illə müqayisədə 0,7 faiz artaraq 30.7 faiz təşkil edəcək: