Nazir: "Dövlət büdcəsi ilə bağlı irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manatdır"


Digərləri 27 Noy 2018 13:07:00 225 0

Nazir: "Dövlət büdcəsi ilə bağlı irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manatdır"

2019-cu ilin dövlət büdcəsi ilə bağlı bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsindən 200 milyondan artıq vəsatin ayrılması nəzərdə tutulub.