“İşləmirdi, onsuz da, dəyərdəyməzə satdım”


Kriminal 27 Noy 2018 12:55:00 55 0

“İşləmirdi, onsuz da, dəyərdəyməzə satdım”

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əməliyyat tədbiri nəticəsində onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitofon, səs gücləndirici, akkumlyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub. Ceyhun Ələkbərov - Saxlanılan şəxs: "Şükranla birgə, 9-cu mikrorayondan Çin istehsalı maqnitofon, "zapazka", akkumlyator, 8 ədəd maqnitofon aparmışıq. "Şərq bazarı" tərəfdə, "Şəki" restoranının yaxınlığından akkumlyator aparmışıq. Təqribi 10-a yaxın maşın açmışıq". Şükran Xəlifov - Saxlanılan şəxs: "10-cu mikrorayondan bir ədəd "KİA Sportage"dən 20 manat pul, "06"nın monitorunu götürmüşəm. Pulu xərclədim, monitoru da satdım". İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən daha iki nəfər - Sumqayıt şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar. Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Saxlanılan şəxslər ifadələrində, əsasən, qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər. Rauf Əliyev - Saxlanılan şəxs: "Maşınla ustaların əşya bazarına getdim. Maşından düşdüm, bir-bir maşınları yoxladım. Açıq olanların maqnitofonlarını götürüb getdim. "07"nin qapısı açıq idi, yiyəsi ustanın yanında idi. İçərisindən 71-50 maqnitofonu götürdüm. İki gün sonra da həmin yerə gedib "troykadan" götürmüşəm". Cavid Səyadzadə - Saxlanılan şəxs: "Avtovağzal ərazisindən içərisində 10 manat qəpik olub, onu götürdüm. Qəpik də olsa, 10 manatdır da. Sonra bir oğlan gəldi, yemək yeyirdi, telefonu yadından çıxdı, mən də götürdüm. Pul lazım idi, aparıb Bakıda 40 manata satdım. "07" xarab idi. Akkumlyatoru işləmirdi, dəyər-dəyməzə satdım". Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meylli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində saxlasınlar.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar

2019-cu il dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi like
  • 27 Noy 12:51  
Digərləri 2019-cu il dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbu

arrow Ətraflı
Oğlan 14 yaşlı qızı öldürüb, like
  • 27 Noy 12:51  
Dünya Oğlan 14 yaşlı qızı öldürüb,

14 yaşlı qızı öldürən yeniyetmə oğlan məhkəməyə gətirilib.

arrow Ətraflı
Sabah gözlənilən hava şəraiti açıqlanıb like
  • 27 Noy 12:48  
Digərləri Sabah gözlənilən hava şəraiti açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
PSG Liverpool-dan futbolçu alır like
  • 27 Noy 12:48  
İdman PSG Liverpool-dan futbolçu alır

PSG müdafiə xəttinə daha bir futbolçu gətirməy

arrow Ətraflı
Bakının bu rayonu susuz qalacaq like
  • 27 Noy 12:46  
Digərləri Bakının bu rayonu susuz qalacaq

Bakının bu rayonu bu gün susuz qalacaq.

arrow Ətraflı
Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək (VİDEO) like
  • 27 Noy 12:43  
Digərləri Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək (VİDEO)

Yanvarın 2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənl

arrow Ətraflı
Kral rusiyalı gözəllə evləndi like
  • 27 Noy 12:42  
Dünya Kral rusiyalı gözəllə evləndi

"Barvikha Concert Hall"da 49 yaşlı Malayziya kralı Məhəmmədin t

arrow Ətraflı
Dövlət qulluqçusu olmaq istəyənlər! 65 vakant yer var like
  • 27 Noy 12:38  
Digərləri Dövlət qulluqçusu olmaq istəyənlər! 65 vakant yer var

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 27-də 8 dövlət orq

arrow Ətraflı
Elton maşınını Türkiyədən gətirə bilmədi like
  • 27 Noy 12:37  
Şou-biznes Elton maşınını Türkiyədən gətirə bilmədi

Müğənni Elton Hüseynəliyev avtomobilsiz qalıb.  Son.az axşam.az-a ist

arrow Ətraflı
İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb (FOTO) like
  • 27 Noy 12:30  
Digərləri İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb (FOTO)

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasa

arrow Ətraflı
"Aquaman"ın premyerasında hamını təəccübləndirdi  FOTO like
  • 27 Noy 12:28  
Digərləri "Aquaman"ın premyerasında hamını təəccübləndirdi FOTO

Britaniyanın paytaxtı Londonda "Aquaman" filminin yeni seriyasının

arrow Ətraflı
Mourinyodan "önəmsiz oyun" açıqlaması like
  • 27 Noy 12:27  
İdman Mourinyodan "önəmsiz oyun" açıqlaması

Manchester United bu gün Çempionlar Liqası çərçivəs

arrow Ətraflı
Milli Məclisin plenar iclası keçirilir like
  • 27 Noy 12:26  
Digərləri Milli Məclisin plenar iclası keçirilir

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

arrow Ətraflı
İtaliyada daha bir ƏMƏLİYYAT - Apuliyada həbslər like
  • 27 Noy 12:25  
Digərləri İtaliyada daha bir ƏMƏLİYYAT - Apuliyada həbslər

İtaliya hüquq-mühafizə orqanları Apuliya vilayətində əməliyyat keçirib

arrow Ətraflı