Maliyyə naziri: Dövlət büdcəsi ilə bağlı irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manatdır


Digərləri 27 Noy 2018 12:58:40 211 0

Maliyyə naziri: Dövlət büdcəsi ilə bağlı irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manatdır

2019-cu ilin dövlət büdcəsi ilə bağlı bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin dövlət büdcəsi ilə bağlı bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsindən 200 milyondan artıq vəsatin ayrılması nəzərdə tutulub. Onun sözlərinə görə, regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur: “Növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qusurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin