Bakının bu rayonu susuz qalacaq


Digərləri 27 Noy 2018 12:46:00 270 0

Bakının bu rayonu susuz qalacaq

Bakının bu rayonu bu gün susuz qalacaq.

"Azərsu" ASC-dən Son.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar 27 noyabr 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.