Sabirabadda ağır qəza:


Digərləri 27 Noy 2018 12:25:00 267 0

Sabirabadda ağır qəza:

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor "Ford" markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub.

Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


Xəbərə aid fotolar