Mourinyodan "önəmsiz oyun" açıqlaması


İdman 27 Noy 2018 12:27:00 259 0

Mourinyodan "önəmsiz oyun" açıqlaması

Manchester United bu gün Çempionlar Liqası çərçivəsində evdə Young Boys-la qarşılaşacaq.

Goal.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo oyuna hazırlıqdan danışıb. Mütəxəssis deyib: “İki futbolçumuz yüngül zədəlidir. 3 mərkəz müdafiəçimiz qalıb - Cons, Smollinq və Bayi. Əsas yük onların üzərinə düşəcək. Mübarizəyə hazırıq. Bu oyunda uduzsaq belə, digər qarşılaşmaların nəticələri bizim üçün əhəmiyyətli olmayacaq. Young Boys-la oyun önəmli xarakter daşımır. Bununla belə istərdim ki, komandam həlledici matça çıxdığını düşünsün. Pley-offa çıxmaq üçün son şansımız oldugunu fikirləşsin. Arxayınlıq oyunumuza təsir edə bilər”.