Şəkidə DƏHŞƏTLİ QƏZA:


Digərləri 27 Noy 2018 11:30:00 229 0

Şəkidə DƏHŞƏTLİ QƏZA:

Şəkidə ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi "Chevrolet Niva" markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.