Şok kadrlar: dünyanın ən güclü biləyi sındı VİDEO FOTO


Digərləri 27 Noy 2018 11:01:00 290 0

Şok kadrlar: dünyanın ən güclü biləyi sındı  VİDEO  FOTO

YouTube-un populyar bloqerlərindən olan Kris Qurski indi müalicə alır. Onun sol əli iki yerdən sınıb. Sınıqlardan biri Krisin biləyindədir.

Üstəlik, Kris Qurski indi "dünyanın ən güclü biləyi" kimi tanınır.

Son.az European-a istinadən bildirir ki, olay Kris Qurskinin istirahətə yollandığı İsveçrədə yaşanıb. Deltaplanda uçmaq fikrinə düşən Qurski bunun üçün təlimatçı pilota müraciət edib.

Pilotla uçuşun günü müəyyənləşib.

Vədə yetişib və deltaplanda Krislə pilot uçuşa başlayıblar. Fəqət, pilot Krisi deltaplanın korpusuna təhlükəsizlik kəməri ilə bağlamağı unudub.

Deltaplan havaya qalxandan sonra bunu anlayan Kris həyatının ən qorxulu anını yaşadığını deyib.