"Globe Soccer Awards" mükafatına namizədlər açıqlandı - siyahı


İdman 27 Noy 2018 10:51:00 294 0

"Globe Soccer Awards" mükafatına namizədlər açıqlandı - siyahı

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşıları adına namizədləri müəyyənləşdirib.

Goal.az xəbər verir ki, namizədlər 3 nominasiya üzrə açıqlanıb.

İlin oyunçusu mükafatına isə Kriştianu Ronaldu (Real Madrid / Juventus), Antuan Qrizmann (Atletico) və Kilian Mbappe (PSG) iddialıdır.

İlin klubu adına İspaniyanın Real Madrid və Atletico, eləcə də İngiltərənin Liverpool klubları namizəd olub.

İlin məşqçisi adı uğrunda Didye Deşam (Fransa yığması), Dieqo Simeone (Atletico), Yurgen Klopp (Liverpool), Massimiliano Alleqri (Juventus) və Zinəddin Zidan (Real Madrid-in sabiq baş məşqçisi) mübarizə aparacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu il yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.