Restoran sahibləri də Paşinyana etiraz edir: "Xidmət göstərməyəcəyik!"


Digərləri 27 Noy 2018 10:14:00 214 0

Restoran sahibləri də Paşinyana etiraz edir: "Xidmət göstərməyəcəyik!"

Ermənistan Restoranlar Birliyinə daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazırdır.

Bakı. Ermənistan Restoranlar Birliyinə daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazırdır. Trend-in məlumatına görə, Birliyin bəyanatında deyilir ki, restoran rəhbərləri uzun müddətdir hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyana, Gəlirlər üzrə Komitəyə yazaraq onları çətin vəziyyətə salan və qiymətlərin artmasına səbəb olan yeni vergitutma növündən narazılıqlarını bildirsələr də, onların müraciətinə cavab verilməyib.