Kapital Bank yeni Badamdar filialını istifadəyə verdi


Digərləri 27 Noy 2018 10:02:00 316 0

Kapital Bank yeni Badamdar filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bankın yeni inzibati ofisinin binasında - Badamdar qəsəbəsi, Mikayıl Müşfiq 2E ünvanında (Pullman Baku oteli ilə üzbəüz) fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Badamdar filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.