"Vüsalə adını səhifəmdə yazan izləyicini..." FOTO


Şou-biznes 27 Noy 2018 09:16:00 483 0

"Vüsalə adını səhifəmdə yazan izləyicini..."  FOTO

Azər Zahid İnstaqram hesabında etdiyi paylaşımla keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqda şərh yazıb

Aparıcı .

Son.az axşam.az-a istinadən bildirir ki, o, naməlum bir xanımla fotosunu səhifəsində yerləşdirərək əvvəlcə şərh bölməsini bağlayıb, sonra isə açaraq bunları qeyd edib:

Bilirsiniz kommenti niyə bağladım? Çünki bu şəkli bir test üçün qoydum. Düzdür, Türkiyədə seriala çəkildiyim zaman mənim həmkar qız tərəfdaşımdır, bu ayrıca. Bu şəkli qoydum ki, sizdən hər dəfə nəsə paylaşanda münasibətinizi bilmək üçün deyirəm, zəhmət olmasa, şərh yazın, hansı ki, reklamlardan başqa heç kim nəsə yazmır. Amma bu şəkli qoyan kimi o saat Vüsalə belə getdi, Vüsalə elə gəldi. Ay insanlar, anlayın ki, o insanın öz həyatı, mənim öz həyatım. Bizi bir birimizə salam-sağ ol etməyə məcbur edən övladımızdır. O ki qaldı keçmişə, onu basdırmışam, mənə təzə həyat maraqlıdır. Qısqandırırsan, nə bilim, acıq verirsən, mənə maraqlı deyil o və ya qeyrisi. Mənə maraqlı olan mənə maraqlıdır, onu da bəzi düşüncəsizlərdən məsləhət almıram. Bir sözlə, elə etməyin ki, mən nəsə onun haqda yazım, sabah isə desin mənim adımdan reklam edirsən. Əl çəkin, mənə maraqlı deyil O və ya nəə. Öpürəm. Vüsalə adını mənim səhifəmdə yazan izləyicini bloka atacam. Əl çəkin də, bala. Lazımdır sizə, onun səhifəsində yazın, mənim haqqımda da yazmayın.


Xəbərə aid foto