Ali məktəblərin hazırlıq qruplarında tədrisin təşkili qaydası təsdiqləndi


Digərləri 27 Noy 2018 09:07:00 256 0

Ali məktəblərin hazırlıq qruplarında tədrisin təşkili qaydası təsdiqləndi

Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası"nı təsdiqləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə "Ali məktəblərin hazırlıq şöbələrinin Əsasnaməsi haqqında" 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarında qismən dəyişikliklər və əlavələr edilməsi haqqında" 1994-cü il 8 dekabr tarixli 412 nömrəli və 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali məktəblərin hazırlıq şöbələri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" 2013-cü il 2 oktyabr tarixli 271 nömrəli qərarları ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişiklik edilib.