Şirvanda Kamaz malqaranı vuraraq öldürüb FOTO


Digərləri 27 Noy 2018 08:40:00 307 0

Şirvanda Kamaz malqaranı vuraraq öldürüb  FOTO

Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi "Kamaz" markalı "66-BE-643" dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.

Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.

Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Lənkəran sakini mal-qarası qonşunun həyətinə girdiyinə görə bıçaqlanıb.


Xəbərə aid fotolar