İlk çap edilmiş elektrik motosiklet təqdim olundu VİDEO


Digərləri 27 Noy 2018 08:46:00 218 0

İlk çap edilmiş elektrik motosiklet təqdim olundu  VİDEO

Almaniyanın "BigRep" şirkəti üçölçülü printerdə çap edilən "Nera" adlı dünyanın ilk elektrik motosiklet prototipini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət nəzdində fəaliyyət göstərən "Nowlab" laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosikletin ölçüləri 190 x 90 x 55 santimetr təşkil edir.

Məlumata görə, elektronika istisna olmaqla motosiklet bütövlükdə "3D" çap üsulu vasitəsilə istehsal olunub: məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar.