Facebookda nə qədər vaxt keçirirsiniz?


Digərləri 27 Noy 2018 08:31:00 239 0

Facebookda nə qədər vaxt keçirirsiniz?

Resursun istifadəçiləri sosial şəbəkədə keçirilən vaxta nəzarət etmək imkanına malik olacaqlar.   Son.az ICTnews-a istinadən bildirir ki, "Facebook" mobil proqramda "Vaxta nəzarət" funksiyasını təqdim edib. Yeni funksiya bütün istifadəçilərə əlçatan olacaq.   Yeni funksiyadan istifadə etmək üçün aşağıdakıları etmək lazımdır: Sazlamalar -> Məxfilik -> Vaxta nəzarət. İstifadəçi gün ərzində sosial şəbəkədə keçirdiyi vaxtı görəcək və vaxta məhdudiyyət qoymaqla ona nəzarət etmək imkanına malik olacaq.   Yaxın vaxtlarda belə imkan "iOS" və "Android" üçün mobil proqramda əlçatan olacaq. İlk vaxtlar sözügedən funksiya məhdudlaşdırılmış şəkildə işləyəcək ki, proqramçılar mümkün boşluqları aradan qaldıra bilsinlər.