Məmməd Ağasıyevə həsr olunmuş xatirə gecəsi keçirilib FOTO


Digərləri 27 Noy 2018 08:08:00 226 0

Məmməd Ağasıyevə həsr olunmuş xatirə gecəsi keçirilib  FOTO

Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində tarzən Məmməd Ağasıyevin 70illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir tarzənin həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi ilə başlanıb.

Xalq artisti Vamiq Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva və jurnalist-publisist Sədaqət Kərimova çıxış ediblər. Onlar Məmməd Ağasıyevin ecazkar sənəti haqqında xatirələri ilə bölüşüblər.

Konsert proqramında xalq artistləri Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Feyruz Səxavət çıxış ebilər.

Müşayiət edirdi xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı.


Xəbərə aid fotolar