Çinin sifətin tanınması alqoritmləri ən güclü olub


Digərləri 27 Noy 2018 07:51:00 212 0

Çinin sifətin tanınması alqoritmləri ən güclü olub

Çinin sifətin tanınması alqoritmləri ABŞ-ın Standartlar və Texnologiyalar üzrə Milli İnstitutu tərəfindən keçirilmiş müsabiqədə ilk 5 yeri tutub. "YITU" şirkətinin proqramları 1-2-ci, "SenseTime" firmasının proqramları 3-4-cü, Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun  proqramı isə 5-ci yeri tutub.   Son.az ICTnews-a istinadən bildirir ki, bütün alqoritmlərə müxtəlif tipli şəkillərdə sifətin tanınması kimi tapşırıq verilmişdi. Çin alqoritmləri tanıma dəqiqliyi üzrə ABŞ, Hollandiya və Yaponiya mütəxəssisləri tərəfindən işlənmiş alqoritmləri geridə qoyub. Qəzet nəşrləri artıq yazıblar ki, amerikalıların narahat olmasına səbəb var, çünki Standartlar və Texnologiyalar üzrə Milli İnstitut tərəfindən keçirilən müsabiqələrin nəticələri bir növ alıcılar üçün tövsiyə xarakteri daşıyır.