Britaniya parlamenti "Brexit"ə hazırlaşır


Dünya 27 Noy 2018 07:53:00 211 0

Britaniya parlamenti "Brexit"ə hazırlaşır

Böyük Britaniya parlamentinin İcmalar Palatası Avropa İttifaqı (Aİ) ilə "Brexit" sazişi üzrə yekun səsverməni 11 dekabrda keçirəcək.

Son.az "Report"a istinadən bildirir ki, bunu Birləşmiş Krallığın baş naziri Tereza Mey deyib.

"Mən səbrsizliklə palatanın referendumun nəticələrinin həyata keçirilməsini dəstəkləyib-dəstəkləməyəcəyini müəyyən etmək üçün toplaşacağı 11 dekabr tarixini səbrsizliklə gözləyirəm. Bu sövdələşmə təkcə xalqın iradəsini həyata keçirməyəcək, həm də bütün iş yerlərinə zəmanət verəcək", - deyə Mey bazar ertəsi parlamentdə çıxışı zamanı bildirib.