iPhone X istehsalı yenilənib


Digərləri 27 Noy 2018 07:41:00 259 0

iPhone X istehsalı yenilənib

"Apple" şirkəti yeni "iPhone XS" və "iPhone XS Max" modellərinə  tələbatın az olmasına görə "iPhone X" istehsalını yenidən bərpa edib. Bu haqda "The Wall Street Journal" qəzeti məlumat verib.   Son.az ICTnews-a istinadən bildirir ki, "iPhone X" istehsalının yenidən bərpa edilməsinin digər səbəbi kimi "Apple" və "Samsung Electronics" arasında imzalanmış müqavilə göstərilir. Sonuncu "iPhone X" smartfonunda tətbiq edilən OLED displeylərin tədarükçüsüdür. Nəşrin məlumatına görə, "Apple" korporasiyası "Samsung"dan müəyyən sayda displey satın almalıdır.   Nəşrin mənbələrinin məlumatına görə, ABŞ korporasiyası "iPhone XS" və "iPhone XS Max" smartfonlarının bazarda böyük uğur qazanacağına ümid edirdilər. Əvvəllər şirkət telefon satışlarını yalnız müəyyən modellərə yüksək tələbat olan ölkələrdə bərpa edib.