Onkoloji xəstəliklərlə mübarizədə şəkərin "gizli silah" olması aşkarlanıb


Digərləri 26 Noy 2018 23:49:00 338 0

Onkoloji xəstəliklərlə mübarizədə şəkərin "gizli silah" olması aşkarlanıb

Qida əlavəsi şəklində qəbul edilən mannoza şəkəri, eyni zamanda, şişlərin böyüməsini dayandırmağa və kimya terapiyasının təsirini gücləndirməyə qadirdir. Bu barədə "Medical Express" bildirir. Bu şəkər müxtəlif onkoloji xəstəliklərdən əziyyət çəkən gəmiricilər üzərində aparılan təcrübələrdə özünü təsdiqləyib. Məlumdur ki, şişlər adi toxumalara nisbətən daha çox şəkər sərf edir. Mannoza qlükozanın maddələr mübadiləsinə qarışmaqla, xərçəng hüceyrələrinin istifadə etdiyi şəkərin həcmini azalda bilər.

Nəticə isə budur: xərçəng hüceyrələrinin "yanacağı" kifayət etmir. Bununla da adi toxumalar əsas enerji mənbəyi olan şəkərin çatışmazlığından əziyyət çəkmirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mannozanın suya əlavə olunması və ya peroral - ağızdan qəbul edilməsi zamanı mədəaltı vəzi, ağciyər və dəri xərçəngi xəstəliklərinin reaksiyası sübut olunub. Yenitörəmələrin inkişaf sürəti azalır və bu, hiss olunmayan kənar təsirlərsiz baş verirdi.