Yonhap: Çin hərbi təyyarəsi Cənubi Koreyanın hava zonasına daxil olub


Dünya 26 Noy 2018 23:37:00 293 0

Yonhap: Çin hərbi təyyarəsi Cənubi Koreyanın hava zonasına daxil olub

Çinə məxsus hərbi təyyarə əvvəlcədən xəbərdar etmədən üç dəfə Cənubi Koreyanın hava zonasına daxil olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla bu barədə məlumat yayıb. Bildirilir ki, Cənubi Koreya hərbi hava qüvvələrinin 10 təyyarəsi Çin hərbi təyyarəsini izləmək və xəbərdarlıq etmək üçün havaya qalxıb. Bundan başqa, Çinin Seuldakı hərbi attaşesi məsələ ilə əlaqədar Cənubi Koreya Müdafiə Nazirliyinə çağırılıb və etiraz bildirilib.