Stressi azaldan qeyriadi üsul


Digərləri 26 Noy 2018 22:20:00 273 0

Stressi azaldan qeyriadi üsul

Pittsburq Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, ətrafdakılara kömək edən insanın emosional vəziyyəti yaxşılaşır, stressin səviyyəsi azalır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər xeyriyyəçiliklə məşğul olan insanların beyni maqnit-rezonan tomoqrafiya ediblər. Nəticədə məlum olub ki, yaxşılıq edəndə bu insanların beynində mənfi emosiyalar və qorxuya cavabdeh olan hissənin aktivliyi azalırdı. Bunun nəticəsində orqanizmdə stressin səviyyəsi də aşağı düşürdü. Beləliklə, ətrafdakılara yardım edən insan əslində özünə yardım etmiş olur.