Mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb


Digərləri 26 Noy 2018 22:00:00 233 0

Mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb

Astara rayonunda mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının Pensər kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Astara şəhər sakini, 44 yaşlı Nahid Əhmədağa oğlu Əbilov idarə etdiyi mikroavtobusla sərxoş halda yolun hərəkət hissəsinə çıxan Pensər kənd sakini, 48 yaşlı Rafiq Mürsəl oğlu Teymurovu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.