Apofis asteroidi Yerə yaxınlaşır NASA hansı təhlükəni məxfi saxlayır?


Digərləri 26 Noy 2018 21:30:00 377 0

Apofis asteroidi Yerə yaxınlaşır  NASA hansı təhlükəni məxfi saxlayır?

Apofis Qədim Misir əfsanəsində dəhşət iblisidir.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, kosmosda bir asteroidə məhz bu ad verilib. Elmi hesablamalara görə, bu asteroid planetimizi məhv edə biləcək gücdədir. Artıq Apofis Yerə yaxınlaşır. Amma NASA bu məlumatları məxfi saxlayır. Niyə görə dünya əhalisi təhlükə barədə məlumatlandırılmır? Toqquşmaya qədər nəsə etmək mümkündürmü?

Sonuncu dəfə Apofis 2012-ci ilin yanvarında planetimizin orbitinin yanından keçib. Nəhəng kosmik daşın milyonlarla ton çəkisi var. 320 metr diametri olan səma cismində 65 min nüvə bombasının enerjisi var. Apofis 2012-ci ildə Ay və Yerin ortasından keçdi. Amma növbəti dəfə 2029-cu ildə planetimizin yanından keçəcək. 2036-cı ildə isə Yerə maksimum, yəni 38 min km yaxınlıqdan keçəcək.

Nəhəng asteroid planetimizlə toqquşmasa da, atmosferə güclü təsir edəcək, Yerdə anomal təbiət hadisələrinə səbəb olacaq. Yer qravitasiyasının təsiri ilə kosmik cism o qədər yaxınlaşacaq ki, Yeri asanlıqla orbitindən çıxara bilər. Günəşdən minimal aralanma isə planetimizdə tempratur rejiminin aşağı düşməsinə səbəb olacaq. Bu isə bütün flora və faunanı məhv edə bilər.