Təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 26 Noy 2018 21:33:00 249 0

Təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın cənub-şərqində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə xilasedicilərə istinadən "Folha de S. Paulo" qəzeti yazıb.

Qəza bazar ertəsi Minas-Jerays ştatının Jekitai şəhəri yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, Belu-Orizonti şəhərindən havaya qalxan təyyarə eniş edərkən qəzaya uğrayıb.